İlhamənin bacısı Əli Mirəliyevi məhkəməylə hədələdi
11 dekabr 2023 12:03 (UTC +04:00)

İlhamənin bacısı Əli Mirəliyevi məhkəməylə hədələdi

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi məhkəməyə verəcəyini deyib.

Lent.az-ın xəbərinə görə, o bunu qatıldığı teleproqramlardan birində açıqlayıb.

“İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də ki, danışığını bilir. İlhamə özünə hörmət edən xanım  idi. Mən Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Əlini məhkəməyə verəcəyəm. Nə qədər olar? İlhamə Quliyeva 7 ildir ki, dünyasını dəyişib. Əli Mirəliyev dayanmır. Belə biabırçılıq olar?”,- deyə o bildirib.

"İlhaməyə sağlığında yaxın dura bilmirdi, öləndən sonra onun əvəzində danışır, həm də ağlına gələni deyir",- deyə Gülbahar xanım bildirib.

Əli Mirəliyev illərdir İlhamənin qohumu olduğunu desə də, Primadonna sağlığında  Əli Mirəliyev ilə qohum olmadığını söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5484
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar