"Evdə elə anamız var ki, "gestapo" rejimindədir. Həyat yoldaşımı deyirəm. Uşaqlara qarşı sərtdir. Mən də ondan çəkinirəm, qorxuram".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Sahib İbrahimov qatıldığı proqramlardan birində deyib.
O qeyd edib ki, özü də, uşaqları da xanımından çəkinir.
"Uşaqlar ailəlidir. İkisinə də dedi ki, oxuyacaqsınız, amma sevib evlənmək yoxdur.
“Dedi, atanla biz bir yerdə sevəcəyik, sən elə ailə quracaqsan. Elə də oldu. Uşaqlarımın ikisini də öz kəndimizdə olan adamla evləndirdik”, - deyə o bildirib.