Ebru Gündeş yenə evlənir
18 fevral 2024 10:43 (UTC +04:00)

Ebru Gündeş yenə evlənir

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş nikah masasına oturmağa hazırlaşır.

Lent.az-ın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, müğənni iş adamı Murat Özdemir ilə yeni bir eşqə yelkən açıb.

Selin Özdemirdən 2022-ci ilin iyulunda boşanan Murat Özdemirin 2023-cü ilin sonlarına doğru Ebru Gündeş ilə birlikdə olmağa başladığı öyrənilib. İş adamı boşanandan sonra Ebru Gündeşlə ortaq dostları vasitəsi ilə tanış olub.

Birinci həyat yoldaşından bir, ikinci həyat yoldaşından 2 uşağı olan Murat Özdemirin bir qız anası olan Ebru Gündeşlə evlənməyə qərar verdiyi də məlum olub.

Cütlüyün yaxın vaxtlarda nikah mamasına oturmağa hazırlaşdığı iddia edilib.

Qeyd edək ki, bundan öncə Ebru Gündeş iş adamı Rza Zərrabla evli olub.

 

# 10743
avatar

Oxşar yazılar