Dünyanın  ən varlı   aktrisasının adı AÇIQLANDI
02 iyun 2023 13:12 (UTC +04:00)

Dünyanın ən varlı aktrisasının adı AÇIQLANDI

“Forbes” jurnalı Hollivud ulduzu Riz Uizerspunu dünyanın ən varlı aktrisası adlandırıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hazırda aktrisanın varidatı 440 milyon dollar dəyərindədir. 2021-ci ildə o öz şirkətinin aksiyalarını çox yüksək qiymətə satıb. “Sabah şousu” serialının 10 bölümündə çəkilmək üçün 20 milyon dollar tələb edib.

Jurnal ötən il ən varlı aktyor kimi Dueyn Consonu 270 milyon dollarla birinci sıraya yerləşdirmişdi.

Riz 12 illik həyat yoldaşı Cim Totdan bir neçə ay öncə ayrılıb. Onun 3 oğlu var.

# 2391
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar