Əməkdar artist Dilarə Əliyeva “ARB TV”dən işdən çıxması ilə bağlı xəbərlərə münasibət bildirib.
Lent.az-a açıqlama verən D.Əliyeva bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:
“Yazılanlar şayiədən başqa bir şey deyil. Dərc olunan xəbərlər əsassızdır. “Söhbət var” verilişi hər zaman olduğu kimi öz vaxtında, şənbə günü 20:30-da “ARB TV”də yayımlanacaq”.
Qeyd edək ki, mətbuatda D.Əliyevanın “ARB TV”dən ayrılaraq “XƏZƏR TV”də fəaliyyətə başladığı yazılmışdı.