“Alla Puqaçova  xarici agent   kimi tanınmayacaq” - Sobçak
01 aprel 2024 18:55 (UTC +04:00)

“Alla Puqaçova xarici agent kimi tanınmayacaq” - Sobçak

Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması bağlı xəbərini sosial şəbəkə istifadəçiləri və rusiyalı məşhurlar aktiv müzakirə edirlər.

Lent.az-ın xarici mediaya istinadən xəərinə görə, tanınmış jurnalist Kseniya Sobçak da öz fikrini bildirib. O, bunun baş verməyəcəyinə, baş verərsə, böyük səhv olacağına inandığını yazıb.

Kseniya Sobçak bildirib ki, Alla Puqaçovanın adı xarici agentlərin reyestrinə daxil edilməyəcək.

“Keçən həftə internetdə belə bir ehtimalla bağlı şayiələr yayıldı. Kim nə qədər çalışsa da, o, irimiqyaslı bir fiqurdur. Alla Borisovna isə heç bir radikal yazı və ya siyasi bəyanatla çıxış etməyib” - Sobçak yazıb.

Müğənni  Alla Puqaçova bir müddət öncə həmyerlilərini qullarla müqayisə edərək, normal insanların Rusiyaya qayıtmaq istəmədiyini bildirib.
 

# 2049
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar