Aftandil İsrafilov  ÖLÜM AYAĞINDA:   Xanımı danışdı...
05 dekabr 2022 11:22 (UTC +04:00)

Aftandil İsrafilov ÖLÜM AYAĞINDA: Xanımı danışdı...

Dekabrın 2-i axşam saatlarında təcili xəstəxanaya yerləşdirilən Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti hələ də ağırdır.

Bu barədə Lent.az-a ifaçının xanımı Zemfira İsrafilova məlumat verib. O, Aftandil İsrafilovun səhhətinin mənfiyə doğru getdiyini deyərək ağlamağa başlayıb:

"Vəziyyəti dəyişmir. Təzyiqi həddən artıq çoxdur. Ayaqlarına və ciyərlərinə su yığılıb. Böyrəkləri, demək olar işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır, yanına heç kimi buraxmırlar.  Həkimlər də deyirlər ki, əlimizdən nə gəlir, edirik. İnşallah, hər şey yaxşı olacaq. Sadəcə dua etmək etmək qalır bizə".

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəli xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı.

# 9213
avatar

Nigar Namiq

Oxşar yazılar