"4 ildə 2 müharibə və 1 pandemiya görmüş..." -  Azərbaycanlı aparıcı
19 mart 2022 14:49 (UTC +04:00)

"4 ildə 2 müharibə və 1 pandemiya görmüş..." - Azərbaycanlı aparıcı

Aparıcı-aktyor İlkin Həsəninin qızı Alisaya ad günü edib.

Lent.az-ın məlumatına görə, İlkin bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: 

“Deyirdiniz, qız övladı möcüzədir, qız atası olmaq fərqlilikdir və s. Bəli, düz deyirdiniz. 2018-in sevimli martında mənim də bir möcüzəm oldu, məni fərqli etdi. Düz 4 ildir ki, mənim də dırnaqlarıma boya çəkilir, saçlarıma rəngli sancaqlar taxılır, maşında oturacaqların altından balaca oyuncaqlar çıxır. Bu 4 il ərzində o qədər hadisələr, dəyişikliklər, itkilər oldu ki, saymaqla bitməz. Arzum budur ki, növbəti illər sənin və bütün balalar üçün xoşbəxtliklə dolu olsun. Doğum günün mübarək olsun, bu 4 ildə 2 müharibə və 1 pandemiya görmüş gözəl qızım”.

Qeyd edək ki, İlkin 2017-ci ildə Aysel adlı xanımla ailə qurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Yalçın UĞUR

Oxşar yazılar