Azərbaycanda ən ucuz klip çəkildi
14 fevral 2011 11:49 (UTC +04:00)

Azərbaycanda ən ucuz klip çəkildi

Lent.az-a verilən məlumata görə, qrup “Baby I miss you” mahnısını ekranlaşdırıb. İki dildə olan mahnının sözləri Azərbaycan və ingilis dillərindədir.

Onu da qeyd edək ki, Ukraynada aranjeman olunan ekran işinin rejissoru qrupun üzvü və rəhbəri Dr. Nicatdır. Əsasən qrafika üslubunda olan “Baby I miss you” həm də qiyməti ilə digər kliplərdən fərqlənir. Belə ki, sözügedən musiqi çarxı nə az, nə çox - cəmi 10 dollara çəkilib.

Qrupun rəhbəri və eyni zamanda klipin rejissoru Dr. Nicat ekran işinin belə ucuz qiymətə ərsəyə gəlməsinə də aydınlıq gətirib: “Əslində həqiqətən də klipin büdcəsi inanılmazdır. Lakin qəribə görünsə də, bu bir həqiqətdir. Ancaq bir məqamı da qeyd edim ki, bu klip əslində mənim öz evimdə çəkilib. Klipdən də göründüyü kimi, hər bir şey qrafikadır. Hətta musiqi çarxındakı iki gitara çalan qızlar da həqiqi deyil. Əslində 10 dolları da bu qızlar üçün xərcləmişik. İnternetdən onların hər birini 5 dollara almışıq”.

Banu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173

Oxşar yazılar