Dünyasını dəyişən anası müğənnimizi yenidən səhnəyə qaytarıb
Lent.az-ın məlumatına görə, anası Sədaqət xanımı 6 ay öncə keçirdikləri avtomobil qəzasında itirdikdən sonra depressiyaya düşən Ülviyyə yenidən səhnəyə qayıdıb. Anası yuxusuna girərək, onu yenidən xanəndəliklə məşğul olmağa çağırıb. Bu hadisədən sonra rejissor Könül Muxtarova, operator Namiq İxtiyarov, montajçı Zaur Məmmədov Ülviyyə üçün bu klipi ərsəyə gətiriblər.
Könül Muxtarova xanəndəyə verdikləri dəstəkdən, yaradıcılıq işindən danışıb: “Əslində təqdim olunan bu ekran işini klip kimi qiymətləndirməzdim. Real hadisələr üzərində hazırlanmış çarx desək, daha düzgün səslənər. Süjet xəttinin olmaması Ülviyyənin öz istəyi bağlıdır. Klipin sonunda qəbiristanlığa gedərək, anasının məzarı üstündə ona olan ehtiyacını dilə gətirir. Klipi təmənnasız çəkmişik. Ülviyyə kimi istedadlı müğənninin yenidən səhnəyə qayıtmasında məhz bizim komandanın rolunun olması açığı məni çox sevindirir. Anasını gözlənilməz qəzada itirdikdən sonra Ülviyyə həyata küsmüşdü. Sağ olsun, Muğam Teatrının rəhbəri Arif Qazıyev, atalıq qayğısını ondan əsirgəmir. Təqdimat mərasimi də məhz onun sayəsində baş tutdu”.
Təqdimat mərasimində qonaqlara Ülviyyənin yaradıcılığı haqda məlumat verən tanınmış rejissor, Muğam Teatrının direktoru, əməkdar incəsənət xadimi Arif Qazıyev jurnalistlər qarşısında söz verib ki, bundan sonra da gənc ifaçıya dəstək olacaq: “Yaşının az olmasına baxmayaraq, bu qız həyatının sərt üzü ilə rastlaşıb. Bəlkə də onun yerinə başqa bir qız olsaydı, bu qədər dərdi çiyinləri üzərində daşımağa tab gətirə bilməzdi. Amma Ülviyyə bunu bacardı. Ona hamımız dəstək olmalıyıq. Muğam Teatrının kollektivi onu öz övladı kimi qəbul edib. O, bizim teatrının ən gənc solistlərindəndir. Klipini də çox bəyəndim, İnşallah uğurları davamlı olar”.
İlk klipinin sevincini yaşayan Ülviyyə Sədaqət dəstək olan insanlara təşəkkürünü bildirib: “İlk əvvəl şairə Şərafət Dağıstanlıya təşəkkürümü bildirirəm ki, başıma gələnləri, belə yaxından hiss edərək, mərhum anam üçün şeir yazdı. Özümə bəstəkar demirəm, sadəcə içimdəki hayqırtını musiqiyə çevirib, mahnı bəstələdim. Fürsətdən istifadə edib, böyük qardaş kimi mənə köməkliyini göstərən aranjemançı Tərlana minnətdarlığımı bildirirəm. Mahnını gözlədiyimdən də mükəmməl bir şəkildə aranjeman etdi. Teleaparıcı, bacı qədər özümə yaxın bildiyim Könül xanıma məxsusi təşəkkür bildirirəm ki, klipə rejissorluq etməyi öz üzərinə götürdü və əla bir klip ərsəyə gətirdi. “Ata” deyib sığındığım Arif Qazıyev hər işimdə mənə kömək edir. Kaş ki, anam heç dünyasını dəyişməyəydi. Ona hədsiz dərəcədə ehtiyacım var. Çox istərdim ki, bu klipimlə ruhunu şad etmiş olum”.
Lalə Yusifqızı

2215