“Xalq ulduzu” Şəhla: “Həyat yoldaşım hər şeyə biganə idi...” - MÜSAHİBƏ
“Xalq ulduzu” Şəhla Həmidovanın Lent.az-a müsahibəsi
- Şəhla xanım, olduqca rahat görkəmdəsiniz, makiyajınız da yoxdur.
- Belə bir məşhur deyim var: Ya olduğun kimi görün, ya göründüyün kimi ol. Mən xarici müğənnilərə baxıram, gündəlik həyatda onlar makiyajdan istifadə etmirlər. Tam sərbəst! Necə onlara rahatdırsa, o cür də görünürlər. Mən özümü heç nəyə məcbur etmirəm. Beləyəm, kim istəyir qəbul etsin, istəməyənlər yox.
- Bu sözü reper, rokçu, ya da caz ifaçısı deyə bilər. Amma sizin janrınız birbaşa kütləyə xitab edir. Və istər-istəməz tamaşaçı zövqü ilə hesablaşmalısınız. Tamaşaçının da öz sifarişi var.
- Mən öz zövqümdən çıxış etmirəm. Sadəcə, daha artığına özümü məcbur edə bilmirəm.
- Sizin çox diqqət mərkəzində olduğunuz, populyar olduğunuz vaxtlar var idi. Hər ifaçıya qismət olmur ki, sənətini Zeynəb Xanlarova kimi sənətkar qiymətləndirsin. Başqası olsaydı, bu imkanı genişləndirərdi.
- Bilirsiniz, mən istifadə etməyi bacarmıram.
- Doğrudanmı istifadə deyəndə şou-biznesin sərt qanunlarından keçmək nəzərdə tutulur?
- Harada bu sözü deyirlər, inanın xəcalət çəkirəm! Pis mənada demirəm ey, sağ olsun, mənə dəyər verib deyib. Amma o sözü əlimdə bayraq edə bilmərəm axı! Deməzlər ki, nə olsun, sənə bu söz deyilib? Elələri var ki, bir kəlmə söz deyirlər ki, sənə kömək edəcəyəm, yapışırlar ey yaxasından! Demisən, etməlisən!
- “Xalq ulduz”undan nə qazandınız?
- “Dan ulduzu” instrumental ansamblında solistəm.
- Elə bu?
- Demək olar ki...
- O vaxt, yadımdadır, müsabiqə müddətində ev hədiyyə etmişdilər. Kimsə sizin ifanızdan təsirlənib sənətinizi belə qiymətləndirmək fikrinə düşmüşdü. Sonradan bu yalançı vədin mahiyyətini anlaya bildiniz?
- Hə, o vaxt belə bir şey olmuşdu. Əslində bu barədə danışmaq belə istəməzdim. “Neapol kruqu”nda yeni tikililərdən idi. Guya, 13 mərtəbəli binanın ikinci mərtəbəsində ev bağışladılar. Məni ora cağırdılar, getdim... Dedilər, qalib olsaydın, 10 min manat alacaqdın, amma ev bu mükafatdan qat-qat çox olacaq. Oradan necə sevinə-sevinə, uça-uça gəlirdim, onu bir Allah bilir!
Mənə həmişə tapşırırdılar ki ad çəkilməsin, indiyədək başa düşə bilmirəm o evi mənə kim vermişdi, niyə vermişdi...
Bir gün proqramdan sonra zəng elədilər. Məndə qəribə hiss var, olacaqları əvvəlcədən bilirəm. Çağırdılar, yenə getdim. Kağız verdilər, qol çəkdim. Dedilər, gəlin söhbət edək, söhbəti də eyni adam edir. Deyir mən buranın prorabıyam. Bildim ki, burda nə isə dolaşıq söhbət var... Dedi ki, Şəhla xanım, mənə dedilər ki, bu sizə darısqal olacaq, başqa yerdə ev verin. Dedim təzə ev istəmirəm. Elə bu quru məkanı verin, bəsimdir, içərisini özüm düzəldərəm. Bacararam edərəm, bacarmaram, özüm oturaram. Razılaşmadılar. Həmişə Afaq xanım Bəşirqızına təşəkkür etmişəm. Allah razı olsun! Ona üz tutdum. Getdim olanları danışdım, dedim Afaq xanım, mənə kömək edin, bu nə hadisədir bilmirəm. O da maraqlandı və zəng elədi ki, əzizim, sən heç yerdə qeydiyyatdan keçməmisən. Afaq xanım sağ olsun, məsələni mənə izah elədi. O vaxtdan o evdən ümidimi kəsdim.
- Sizin öz eviniz yoxdur?
- Xeyr, mən kirayədə yaşayıram.
- Ailə qurmusunuz?
- Ailəm uğursuz olub, ayrılmışam. Bəzən deyirlər ki, müğənni oldu, boşandı, bunun ona dəxli yoxdur. Mən müğənni olmaq istədiyim üçün boşanmamışam.
- Təbiətcə ciddi insansınız, sizə baxanda düşünmək çətindir ki, müğənnisiz, hardan-hara sənətə gəldiniz?
- Mən musiqi ilə məşğul olmamışam. Uşaq vaxtı “İstedad sorağında” müsabiqəsində seçilmişdim. Elə uşaq ikən konsertlərdə laureat oldum. Məni ikinci müsabiqədə oxumağa göndərəndə evdən qoymadılar ki, uşaqsan qəlbini qırmadıq, amma bunu peşəyə çevirə bilməzsən. Mən hüquq fakültəsinə daxil olmaq istəyirdim. Anam rəhmətlik özü xəstə idi, həmişə deyirdi istəyirəm həkim olasan. Mənim də fizika-riyaziyyatla işim yox idi. Biologiya fakültəsinə qəbul oldum. Həmin il anam rəhmətə getdi. Bir ilin ərzində anama söz vermişdim deyə, dedim yox, həkim olacağam. Fizikadan anlayışı olmayan mən Şəhla bir ilin içində xalam qızı ilə fizikanı oxudum və stomatologiya fakültəsinə qəbul oldum. Təsəvvür edin, 24 nəfər qəbul yeri idi, siyahıda 24-cü mənim adım idi... Sonra ailə qurdum. Yola getməyə çalışırdım. Baxdım ki, həyat yoldaşım işləmir. Mənə işləməyə icazə vermədi, evdə oturdum. Özü də işləmədi. Real danışaq. Təzədən işə girmək üçün əlbəttə pul lazımdır. O imkan da məndə yoxdur. Allah insandan nəyisə alanda nəyisə verir... nə orta məktəbdə, nə tələbəlik illərində mən qətiyyən mahnı oxumurdum. Ailə qurduğum müddətdə Ağaxan Abdullayevin yanına getdim, o başladı mənə yavaş-yavaş muğamı öyrətməyə. Sonradan gördüm çıxış yolu yoxdur, restoranlara gedib oxumağa başladım. Gördüm mənim yolum budur. El şənliklərinə getməyə başladım.
- Həyat yoldaşınız bu dəfə etiraz etmədi?
- Etirazı yox idi, çünki artıq işləmirdi. Oturmuşdu evdə.
- Niyə ayrıldınız?
- Məni düzgün anlayın, qadının əri işləmirsə o demək deyil ki, ondan üz döndərməlidir. Lakin mən görürdüm ki, bu insanın xarakteri başqadır. Bir il, iki il, beş il işləməmək olmaz... Bu insan hər şeyə biganə idi, heç nə etməyə çalışmırdı. İnsan məsuliyyət hiss eləməlidir.
- O vaxt artıq övladınız var idi?
- Hə, var idi. Sonra artıq dedim, bu qədər bəsdir. Ya hə, ya da yox!
- Necə gedib çıxdınız müsabiqəyə?
- Mən restoranların birində çıxış edirdim. Günlərin bir günü, həmin restoranın həyətində televiziya çəkilişi idi. O vaxt da “Xalq ulduzu”nun ekranlarda anonsları göstərilirdi. Mənə sual verdilər ki, belə bir müsabiqə var, niyə getmirsən? Dedim ki, 36 yaşım var, bu saatdan sonra hara gedim? Sonra nə oldusa dedim gedəcəyəm. Gəldim, gördüm çoxu cavan uşaqlardır. Allah adamı gərək istəsin. 6 saat çöldə dayandım. Soyuqda dayanan adam içəri istiyə gələndə necə olar? Haldan düşmüşdüm. Amma oxudum. Dedilər gələn dəfə gəl. İkinci dəfə də keçdim. Mənim ora düşməyimin əsas səbəbkarı Aybəniz Haşımova olub. Yaşıma görə məni istəmirdilər. Bizdə tərsinədir. 18-20 yaşında oxuyan, bizimkilərin təbirincə, qəşəng müğənnidir! Lakin müğənni 40 yaşında yetişir. heç inanmırdım ki, kimsə mənə səs verər. Elə bir imkanlı, şəraitli insanlar yoxdur ətrafımda. Məni orada tamaşaçı saxladı. İndi də harasa çıxanda kimsə deyir, filankəsdir bu... Musiqi ilə sözümü çatdırdığım insanlar mənə laqeyd deyil. İndi də şou-proqramlarda gedib canlı oxuyanda hamı işini yarımçıq qoyub, mənə baxır.
- Məncə, siz zamanında populyarlıqdan düzgün istifadə edə bilməmisiniz. Heç olmasa toylarda qonorar çoxaldımı?
- Bunu açıq etiraf edək də... Kimsə deyir ki, mən özüm almışam, özüm etmişəm, bu yalandır. Mən tək deyiləm, Allahım var. Mənim yerimdə özünüzü təsəvvür edin. Həm kirayə qalırsınız, həm uşağınız məktəbdə oxuyur, üstəlik də efirə çıxırsınız, məcbursunuz efirə, ya da harasa geyim alasınız... Bunların hamısı mənim boynumdadır. Bir nəfərin də dəstəyi yoxdur, qapımı döysün, desin ki, narahat olma, bu yay evin puluna mən köməklik edəcəyəm. Oğlum 8-ci sinfə gedir, test, dəftər, müəllim hazırlığı, böyük oğlandır, səhər çıxır, yol pulu, evdən yol uzaqdır, məcburən taksi ilə yola salırıq, məktəb yoldaşı ilə gedir-gəlir. Üst-üstə yığılır, bir də baxıram, yoxdur qazanc! Göydə Allah, yerdə özüm. Bəzən mənə deyirlər, Şəhla, sən kişiləşmisən. Mən qadınlığımda qadınam. Mənim anlayışım da, dünya baxışım da qadındır.Amma əlbəttə, çox şeylərə çalışıram kişi tərəfindən baxım. Bir şeyə məcbur olanda etməlisən! Uşağım böyüyür, çalışıram onun
Oğlum bir az fərqli oğlandır. Bir dəfə baxdım ki, televizorda oxuyan gənc qızlardan birinə deyir, mənim başım çıxmır, bunların atası hara baxır? Deyirəm bala, bu sənin fikrindir. Fikrində azadsan. Gördüm ki, bunun fikirləri uzaqdır. Oğluma demişəm, mənim sənə köməyim olar ki, səni oxudam. Oxuyanda zəhmət çək, həm də işlə. Həmişə deyirəm elə oğul ol ki, səni mənimlə yox, məni səninlə tanısınlar. Kiminsə minnətini götürməyi sevmirəm. Məni Allah belə yaradıb. Əgər götürə bilsəydim, niyə 36 yaşında gəlirdim sənətə? Heç kimə sataşmıram, özümdən danışıram. Göz yuma bilsəydim nə vardı ki!
- Nə xarakterinizi dəyişirsiniz, nə də yaşadığınızdan razısınız. Bəlkə ən real varianta gedəsiniz, ikinci dəfə ailə qurasınız?
- Yoxdur axı elə biri! Vallah, inandırım sizi, yoxdur. Kimsə əlini daşın altına salmaq istəmir. Ailə qurmaq deyəndə kimsə kimisə saxlayır. Heç kim öhdəçilik götürməyi arzulamır.
- Rəsmi ailə qurmaq istəyən yoxdur?
- Qorxuram. İnsanları tanımaq olmur. O qorxu məndə yaranıb. Mən demirəm, yox! Başımdan böyük danışmaq istəmirəm. Sadəcə olaraq, çox ölçüb-biçərəm. Mənim oğlum var. Mən onu ikinci variant edə bilmərəm. Onu mənə Allah sınaq üçün verib. Mən öz maraqlarımdan çıxış edib, onu ikinci plana sala bilmərəm.
- Siz o gücü özünüzdə tapıb təkbaşına mücadilə etdiyinizi deyirsiniz, lakin bunun ömürlük qarantiyası varmı?
- Çoxları deyir, oğlunu robot kimi böyüdürsən. Amma mən reallıqlarla danışıram. Xam xəyallarla yaşamıram. Dünyanın işini bilmək olmaz. Kimlərəsə gedib övladım üçün ağız açacağam. Oğlum üçün analıq borcumu axıra kimi yerinə yetirəcəyəm.
Kənardan məni kişi kimi qavrayırlar. Amma eyni şeyləri yaşayacağamsa, elə tək oturmuşam da. Acam ac, toxam tox. Yenə də başımdan böyük danışmıram. Bəlkə bir il sonra qarşıma elə biri çıxdı, görəcəyəm ki, məndən ötrü həqiqətən də çalışıb-vuruşacaq. Mən də fikirləşirəm ailə qurmağı...
Lalə Yusifqızı

1949