“Eurovision-2011” üçün İTV-yə 60 mahnı təqdim olunub
Almaniyada keçiriləcək “Eurovision-2011”-də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı üzrə müsabiqəyə fevralın 4-dək 60 mahnı təqdim olunub. lent.az-ın İTV-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqəyə Azərbaycan bəstəkarları ilə yanaşı Türkiyə, İspaniya, Yunanıstan, Rumıniya, Avstraliya, İrlandiya, İsveç, Hollandiya, Norveç, Portuqaliyadan olan bəstəkarlar da mahnılar təqdim edib. Mahnıların qəbulu fevralın 10-da başa çatacaq. Bundan sonra isə münsiflər heyəti mahnılar arasında seçimin nəticəsini elan edəcək.
Xəyalə
Xəyalə
728