Azərbaycanlı klipmeyker arzusuna çatdı
Bu barədə rejissor özü Lent.az-a məlumat verib: “Dövlət sifarişi ilə sənədli film çəkmişəm. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun 80 illiyinə həsr olunmuş sənədli filmdə institutun tarixi əks olunacaq”.
Nail sənədli film hazırlamağın məsuliyyətli olduğunu deyib: “Film çəkməyi çox arzu edirdim. Burada məsuliyyət bir başqadır. Filmin ssenarisi də mənə aiddir. Operator Elmir Süleymanov, prodüser Pərviz Oqtayoğludur”.
Film ilk dəfə Azərbaycan Memarlar İttifaqının 75-ci il dönümünə həsr olunmuş mərasimdə təqdim olunacaq.
Nail Naiboğlu mart ayında İstanbula səfər edəcəyini də deyib: “Neçə vaxtdır, çəkiliş meydançalarında və montaj otaqlarındayam, qızğın iş rejimindəyəm. Bir neçə yeni klip çəkmişəm. Buradakı işlərin çoxluğundan Türkiyədəki yaradıcılığıma fasilə vermişəm. Marta kimi işlərimi qaydaya salıb İstanbula gedəcəyəm. Orada Orhan Ölməzlə yeni bir klipimiz olacaq”.
Lalə Yusifqızı

836