Azərbaycanlı model türk futbolçu ilə münasibətindən danışdı
“Heç bir futbolçunu tanımıram. Həyatımda olan insan azərbaycanlıdır. Bakıda yaşayır və onu heç kimə dəyişmərəm. Türkiyədə yaşasam da, həyatımda olan insanlar azərbaycanlı olublar. İndi də o şəxslə xoşbəxtəm. Yayılan xəbər ürəyimi bulandırdı, sevgilimlə aramıza söz-söhbət saldı. Mən futbolçunun yox, o mənim münasibətlərimə ziyan vurdu”.
Bunu Lent.az-a “Best Model of Azerbaycan 2010”un qalibi, Türkiyədə yaşayan model Günay Musayeva deyib. G.Musayeva Türkiyə mətbuatında haqqında yazılanlara aydınlıq gətirib, türk futbolçu ilə eşq yaşadığı və həmin şəxsin bu səbəbdən öz həyat yoldaşını döydüyü barədə məlumatları təkzib edib.
Model hazırda Moskvada olduğunu, Türkiyəyə qayıdan kimi məhkəməyə müraciət edəcəyini deyib: “Moskvadan İstanbula qayıdan kimi ilk işim bu bəsit insanlardan şikayətçi olmaq olacaq. Tamamilə yalandır. Bu yalan xəbərlərə görə bütün azərbaycanlılardan üzr istəyirəm. İnanıram ki, boş şayiəyə də inanmayacaqlar. Vəkilimə zəng etdim, bazar ertəsi məhkəməyə müraciət edəcəyik”.
G.Musayeva bildirib ki, onunla birlikdə olduğu iddia edilən futbolçu Erkan Ergün telefonla modeldən üzr istəyib: “Erkan adlı o şəxs də nömrəmi tapıb mənə zəng edib. Bütün mətbuatdan üzr istəyib. Onun xanımı yəqin ki, özünü reklam elətdirmək istəyib. Həmin xanıma təzminat ödəməsi üçün iddia qaldıracağıq”.
Qeyd edək ki, Türkiyə mətbuatında 2007-ci ildə “Best Model”in qalibi olan türk model Neslihan Öndərin həyat yoldaşı, veteran futbolçu Erkan Ergün tərəfindən döyüldüyü yazılıb. Neslihan Öndər münasibətlərin pozulmasının əsas səbəbi kimi Azərbaycan gözəli Günay Musayevanı göstərib.
Öndər Türkiyə mətbuatına açıqlamasında “Adanaspor” komandasının sabiq oyunçusu olan ərinin “Best Model of Azerbaycan 2010”un qalibi Günay Musayeva ilə birlikdə olduğunu bildirib: "Erkan məni 21 gün öncə döymüşdü. Xəstəxanaya düşdüm, dodağım partladı, qulağım cırıldı. Vəkilim bu olaydan sonra 5 ay evdən uzaqlaşdırılma ilə bağlı məhkəmə qərarı çıxartdırdı. Erkan hazırda Azərbaycan gözəli ilə birlikdədir. Eyni zamanda mənimlə də olmaq istəyir. İki gün öncə evə gəldi. Heç bir səbəb olmadan məni döydü. Yastıqla boğmağa çalışdı. Dostum və anam məni onun əlindən güclə aldı. Polisə müraciət etdim. Polisin yanında belə məni ölümlə hədələdi. “Səni kimsəyə yar etməm” deyir”.
Lalə Yusifqızı

2034