Ani Lorak azərbaycanlı müğənni ilə duet oxuyacaq
Noyabrın 14-də Bakıda Heydər Əliyev adına Sarayda Ukraynanın xalq artisti, tanınmış müğənni Ani Lorakın konserti olacaq. Lent.az-ın məlumatına görə, müğənni konsertdə son albomunda yer alan mahnılarla yanaşı, yeni mahnılarını da ifa edəcək.
Konsertdə Ani Lorakın Azərbaycanın tanınmış müğənnilərindən biri ilə duet ifa edəcəyi gözlənilir.
Qeyd edək ki, əsl adı Karolina Miraslavovna Kuek olan ifaçı 2008-ci il “Eurovision” mahnı müsabiqəsində Ukraynanı “Shady Lady” mahnısı ilə təmsil edərək 2-ci yeri qazanıb. İfaçı 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olub. Ani Lorak 2008-ci ildə Ukraynanın xalq artisti adına layiq görülüb.
Lalə Yusifqızı

1182