Tarkan Ərdoğanın nazirlərini üz-üzə gətirdi
04 sentyabr 2010 19:31 (UTC +04:00)

Tarkan Ərdoğanın nazirlərini üz-üzə gətirdi

Türkiyədə Allianoi antik şəhərciyinin qalıqlarının olduğu ərazidə su anbarı tikilməsinə qarşı çıxan müğənni Tarkanı “burnunu bilmədiyi məsələlərə soxmamağı” məsləhət görən ətraf mühit və meşə naziri Veysel Eroğluna digər nazir sərt reaksiya verib. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, mədəniyyət və turizm naziri Ertuğrul Günay Tarkanı müdafiə edib.

Ertoğrul Günay Veysel Eroğlunun fikirlərini sərhədləri aşan bir şəkildə dilə gətirdiyini bildirib: “Sənət adamlarının, ziyalılarımızın həssaslığı bizi narahat etməz, əksinə, sevindirər. Ziyalılar, sənətçilər bu cəmiyyətə sahib çıxmazsa, bu cəmiyyətin yoluna kim nur saçar?”

Allianoi antik şəhərciyinin qalıqlarının olduğu ərazidə tikilməsi planlaşdırılan Yortanlı su anbarı ilə bağlı məsələnin bir az özəl və qarışıq olduğunu söyləyən Ertoğrul Günay su anbarı ilə bağlı layihənin 1990-cı illərin əvvəlində hazırlandığını və anbarın tikintisinə başlanıldığını xatırladıb: “Qazıntılar zamanı Roma imperiyası dövrünə aid antik bir hamam və su qovşağı ortaya çıxıb. Bizim məqsədimiz bölgədə yaşayan insanların arzusuna uyğun su anbarı tikmək, eyni zamanda tarixi abidələrin qalıqlarını gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Burada su anbarı yaradılacaqsa, ora su ilə doldurulmadan tarixi abidələrin qalıqlarını taparaq üzə çıxarmaq və başqa yerə apararaq qorumaqdır. Ancaq tarixə və təbiətə sahib çıxdığımız halda Türkiyədə turizm surətlə inkişaf edə və turizmin inkişafından xalqımız da bəhrələnə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar