Səfurə Əlizadənin inadı qırıldı...
Gənc müğənni proqramda canlı ifadan boyun qaçırıb. Lent.az-ın Belorus mətbuatına istinadən məlumatına görə, Nina Boqdanova və şoumen Dmitriy Vranqelin təqdimat etdiyi proqramın çəkilişi artıq aparılıb. Çəkiliş zamanı tamaşaçılar verilişin digər qonağı, müğənni Ani Lorakı az qala solo konsert verməyə məcbur ediblər.
“Eurovision-2010” təmsilçimiz Səfurə Əlizadə isə onun əksinə, səhnədə canlı ifa etməkdən çəkinib. Bu isə qalmaqala səbəb olub.
Kanalının mətbuat xidməti bildirib ki, Səfurənin səsində problem olduğundan meneceri fonoqram üçün müraciət edib: “Biz onlarla hətta mübahisə etdik. Bildirdik ki, proqramın formatı belədir və heç nə mane ola bilməz. Nəticədə Səfurə canlı oxudu”.
Səfurə sözügedən proqramda “Aleksandra i Konstantin” qrupu ilə duet oxuyub.
Lalə

923