Gənc bəstəkardan xalq artistlərinə sərt xəbərdarlıq
03 sentyabr 2010 11:37 (UTC +04:00)

Gənc bəstəkardan xalq artistlərinə sərt xəbərdarlıq

Pərviz Mahmudov populyar müğənnilərdən birinin bu günlərdə ondan mahnı aldığını, qonorar ödəməyə söz verdiyi halda sonradan ona “minnət” etdiyini deyib: “Mahnımı aldı, sonra da işçilərindən xəbər yolladı ki, minnəti olsun ki, onun mahnısını oxuyacam. Xalq artistləri gəlir, mahnılarımı dinləyir, alıb heç bir söz demədən gedir. İndi adlarını çəkəcəm, deyəcəklər ki, ya özünü reklam edir, ya da böyüyün üzünə ağ çıxır. Bu mənim əziyyətimin məhsuludur, niyə bağışlayım axı! Sizin vasitənizlə deyirəm. Qonorar ödəməyən heç bir populyar müğənni yanıma gəlməsin”.

Mahnıları son zaman türkdilli ölkələrin müğənnilərinin repertuarında yer alan Pərviz Mahmudov bu yaxınlarda Türkiyənin məşhur müğənnisi ilə maraqlı bir layihə təqdim edəcəyini də xəbər verib.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978

Oxşar yazılar