Hollivudun məşhur ulduzu əriyir
Qırtlağında xərçəng xəstəliyi aşkarlanan məşhur Hollivud ulduzu, Oskar mükafatı laureatı Maykl Duqlas günü gündən zəifləyir.
Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, dünən gecə tanınmış şoumen David Lettermanın proqramına qatılan 65 yaşlı aktyorun xeyli arıqladığı nəzərə çarpıb. Maykl Duqlas xəstəliyin 4-cü, yüksək inkişaf mərhələsində olmasına baxmayaraq, boynunun digər hissələrinə doğru yayılmadığını qeyd edib və xəstəliyə qalib gəlmək yönündə ümidini itirmədiyini dilə gətirib. Xərçəng xəstəliyinə hədsiz siqaret çəkdiyi, içki içdiyi üçün tutulduğunu bildirən Maykl Duqlas hər şeyin boğazında hiss etdiyi bir ağrı ilə başladığını söyləyib.
Mütəxəssislər xərçəng xəstəliyinin 4-cü inkişaf səviyyəsində olan xəstələrə cərrahi əməliyyatı, kimyəvi terapiya və radiasiya müalicə məsləhət görürlər. Maykl Duqlas da kimyəvi terapiyaya başlayıb.
Makl Duqlasın aktrisa xanımı Katerina Zeta-Cons isə ərinə erkən diaqnoz qoymayan həkimlərin ünvanına sərt ifadələr işlədib: “Mayklın kimyəvi terapiya zamanı gücünü itirdiyini görəndə dayana bilmirəm. Ən çətin olan məsələ ərimin yorğun düşməsidir, çünki o, heç vaxt yorulmazdı”.
10 ildir ki, evli olan cütlüyün Daylan (10 yaş) və Keris (7 yaş) adlı 2 uşağı var.

747