Azəri Günel uzun saçlarını yandırdı
31 avqust 2010 12:21 (UTC +04:00)

Azəri Günel uzun saçlarını yandırdı

Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova (Azəri Günel) Türkiyənin “Arım, balım, pətəyim” televiziya proqramına qonaq olub. Lent.az-ın məlumatına görə, səhnəyə çıxdığı gündən uzun saçları ilə bəyənilən gənc müğənni birdən-birə qısa saçda tamaşaçı qarşısına çıxıb. Müğənni bu dəyişikliyin məcburiyyət qarşısında baş verdiyini və nəzərə gəldiyini deyib: “Saçlarımın rəngini hamı bəyənirdi, nəzərə gəldim. Saçlarımı fenləyərkən yandırdım. Kəsdirmək məcburiyyətində qaldım”.

Müğənni əsəbiləşdiyində sakitləşdiyi məkanı da açıqlayıb: “Hirsli vaxtlarımda özümü salonda tapıram”.

Günel böyük xəyallarından da danışıb: “Atamın adı Rəhmandır. Yuxumda həqiqət imiş kimi özümü orda gördüm. Yalın ayaqla getdim. Üstümdə qapqara geyim var idi. Kəbədə əllərimi açıb Allaha dua edirdim. Ora çox fərqli bir yerdir. Nə qısqanclıq, nə kin var. Saf, təmiz duyğularla bağlıdır. Məscidə girəndə daxili rahatlıq tapırsan. Orda özünü daha sərbəst hiss edirsən”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1952

Oxşar yazılar