Ebru Gündəş Rza Zərrabı evindən qovdu
Günelin Ebru Gündəşə kaset göndərməsi qiyamət qopardı
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş sevgilisi, Azərbaycan əsilli iş
adamı Rza Zərrabı evindən qovub.
Lent.az-ın “memlekethaber.com” saytına istinadən verdiyi məlumata görə, səbəb Azərbaycan əsilli müğənni, Reza Zərrabın 8 illik sabiq sevgilisi Günelin Ebru Gündəşə göndərdiyi kaset olub.
Qeyd edək ki, Günel bir həftə əvvəl Rza Zərrabın evinə gəldiyini, onu hələ də sevdiyini söylədiyini, bununla bağlı əlində səs yazılmış kaset olduğunu söyləyib. Rza Zərrab isə Güneli yalançı adlandırıb və Ebru Gündəşin onun namusu olduğunu, uşaqlarının anası olacağını dilə gətirib.
Günel keçmiş sevgilisinin bu açıqlamasından sonra əlindəki səs yazılarını həm internet saytlarına, həm də Ebru Gündəşə göndərib. Ebru Gündəş sevgilisinin sözlərini dinləyəndən sonra qiyamət qoparıb və Rza Zərrabı birlikdə yaşadıqları evdən qovub.
Qeyd edək ki, Rza Zərrab həmin səs yazısında deyir ki, Ebru Gündəşlə yaşadığı həyat deyil: “35 yaşlı bir arvadla həyatmı olur? Sən mənə dönsən, mən Ebru Gündəşdən dərhal ayrılaram”.
Rza Zərrabı evindən qovan Ebru Gündəş Güneli də məhkəməyə verməyə hazırlaşır. Çünki Günel Rza Zərrabla söhbətində Ebru Gündəşin 2 milyon kişi ilə münasibəti olduğunu, onu da pulunu xərcləyəndən sonra buraxacağını söyləyib. Günel Ebru Gündəşi şərəfsizlikdə də suçlayıb: “Ebru Gündəş və meneceri mənimlə yazışdığını bilə-bilə səni qəbul edəcək qədər şərəfsizdirlərmi? Ebrunu Osmantan Erkırdan da sən ayırdın”.

1002