Rəqsanə: “O qız polis bölmələrində yatıb qalxır”
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə maraqlı statuslar paylaşıb. Lent.az-n məlumatına görə, müğənni Facebook sosial şəbəkəsində belə yazıb: “Həyatda qadın olsan belə kişi kimi yaşayıb, kişi kimi ölmək lazımdır. Dostlar, yəqin dünəndən mətbuatda dolaşan xəbərlərdən xəbərdarsınız. Mənim o qıza yazığım gəlir. Ona görə ki, o, ancaq polis bölmələrində yatıb qalxır. Bir onu deyə bilərəm ki, bəs, evində oturub mənim övladımın adına olan “facebook” və “odnoklassniki” sosial şəbəkəsində səhifə açıb yazışanda, ANS telekanalında balasının canına and içəndə Təranə düşünmədi ki, gec tez həqiqət ortaya çıxacaq? Yalan ayaq tutar, ancaq yeriməz”.
Müğənnin paylaşdığı bu sözlər sosial şəbəkədə maraqla qarşılanıb.
Yalçın Süleymanov
Müğənnin paylaşdığı bu sözlər sosial şəbəkədə maraqla qarşılanıb.
Yalçın Süleymanov
4643