Bakıda quldurlar təşkilatçını soydular
Təşkilatçı-prodüser Samir Xattab bununla bağlı Lent.az-a maraqlı açıqlama verib. Onun sözlərinə görə, konserti əslində təşkilatçı Əli Hüseynovla birgə təşkil etməliymiş: “Konsertin bütün danışıqlarını, razılaşmalarını birlikdə etmişdik. Lakin sonradan Əli Hüseynovla aramızda fikir ayrılığı yarandı, mən layihədən çəkiləsi oldum. Konsertə 2 həftə qalmış gecə vaxtı təşkilatçı Əli Hüseynov xoşagəlməz faktla üzləşib, qarət olunub. Naməlum şəxslər başının arxasından küt alətlə vuraraq üzərində olan 7950 manatı və “Blackberry 9790” telefonunu oğurlayıblar. Bir həftə komada qalan, hazırda vəziyyəti qənaətbəxş olmayan təşkilatçı konsert günü mənimlə əlaqə saxladı. Nəticədə mən bu işə təkrar qoşuldum”.
Təşkilatçı konsertdə aparıcıların son anda dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: “Konsertin aparıcısı da anons edildiyi kimi Murad Əzimzadə deyil, Arzu Əsgərova və Ramin İbrahimov olub. Əvvəldən də aparıcı qismində Ramin İbrahimovla razılaşmışdıq. Mən olmadığım dönəmdə Əli Hüseynov Murad Əzimzadə ilə razılığa gəlib. Murad mənim də dostumdur, xətrini çox istəyirəm, amma onunla danışıqlarda mən olmamışam. Mənimlə telefon əlaqəsində aparıcı Murad Əzimzadənin imtina etdiyini bildirdilər. Ancaq Ramin İbrahimov və Arzu Əsgərova çox sağ olsun. Baxmayaraq ki, konsertə bir neçə saat qalmışdı, təklifimi qəbul edib, konsertin bütün məsuliyyətini öz üzərilərinə götürdülər. Konsert istədiyimiz səviyyədə başa çatdı”.
Yalçın Süleymanov

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35