Roza Zərgərli və Samir Priyev davasına bəstəkardan cavab gəldi
Bəstəkar Aynur Adilqızı bəstələdiyi “Qəlbdən sevgi” mahnısı ətrafında yaranan qalmaqala aydınlıq gətirib. Xanım bəstəkar Lent.az-a açıqlamasında Roza Zərgərli və Samir Priyev arasında qalmaqal yaradan mahnının tarixçəsindən danışıb: “Qəlbdən sevgi” mahnısı 10 il bundan öncə yazılıb. Bu, mənim ilk yaradıcılıq işlərimdən idi. Roza həmin mahnını pulla satın alıb, aranjeman etdirdi. Bu hadisənin üstündən 4-5 il keçmişdi. Samir Priyevin ilk evliliyi idi. O, məndən bu mahnını toyunda oxumaq üçün istədi. Mən də söylədim ki, Roza bu mahnını pulla alıb, aranjeman etdirib. Ondan icazə alım, sonra. Elə də etdim. Rozadan icazə aldım. O da razılaşdı. Dedi ki, Samirin xoş günüdür. İcazə verirəm toyunda oxuyar. Ancaq başqa heç bir yerdə oxumasın. Samir bu mahnını toyunda oxudu, müəlliflərə də təşəkkür etdi. Lakin sonradan çıxıb başqa kanalda bu mahnını özününkü kimi təqdim etməyi düzgün olmadı. Mən həmin məsələyə görə, Samirin həyat yoldaşına da zəng etmişdim. O, da söyləmişdi ki, bir daha belə hal təkrarlanmayacaq”.
Heç vaxt müğənnilər arasında qalmaqala qarışmadığını deyən bəstəkar Samirin Roza Zərgərlinin ünvanına söylədiklərinə məyus olduğunu deyib: “Samir özü anlayışlı oğlandır. Ancaq Samirin haqqı yoxdur ki, başqasının mahnısını götürüb oxuya, sonra da deyər ki, mən həmin adamı heç tanımıram, bəyənmirəm. Hər kəsin bir səsi, istedadı var. Bu mahnı Rozanındır. Hansı bir müğənni Samirin aldığı mahnını özü oxuyub, özününküləşdirsə Samirin xoşuna gələrmi?”
Jalə

Oxşar yazılar

Bülent Ersoydan gözlənilməz qərar: Antalyadakı villasına Ankaradan dönərçi gətizdirdi
2 avqust 2025 , 13:02
Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48
63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ
31 iyul 2025 , 18:04
Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO
31 iyul 2025 , 16:04
Məşhur aktrisa Elşən Orucovla səmimi görüntüsünü paylaşdı - VİDEO
30 iyul 2025 , 14:33