Təqaüdçü çağırdığı təcili yardımın feldşerini GÜLLƏLƏDİ
01 mart 2024 12:21 (UTC +04:00)

Təqaüdçü çağırdığı təcili yardımın feldşerini GÜLLƏLƏDİ

Rusiyanın Moskva şəhərində xəstəxanaya yerləşdirilməsini tələb edən təqaüdçü feldşerə atəş açıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, həkimlər briqadası 1-ci Zborovski prospektinin 68 yaşlı sakininin çağırışına cavab verib. Zərərçəkən küçədə tibb işçiləri ilə qarşılaşaraq, kartof qaynadarkən ayaqlarını yandırdığını deyib. Həkimlər onu təcili yardım maşınına dəvət edərək lazımi yardım göstərməyə başlayıblar.

Həkimlərin dediyinə görə, kişinin xəstəxanaya yerləşdirilməsi tələb olunmasa da, xəstə xəstəxanaya aparılmağı tələb edib. Bu zaman təqaüdçü cibindən travmatik tapança çıxarıb və feldşerə atəş açıb. Siqnal patronu həkimin boynuna dəyib, nəticədə yanıq izi qalıb.

Həkimlər xəstəni saxlayaraq polis çağırıblar, yaralı feldşerə yerindəcə tibbi yardım göstərilib. Təqaüdçü hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahı 10 il əvvəl aldığını və itləri qorxutmaq üçün həmişə yanında gəzdirdiyini izah edib. Həmin şəxsin silahı müsadirə edilib.

# 3438
avatar

Oxşar yazılar