Rayonda ərzaq oğurlayanlar tutuldu
14 aprel 2021 10:56 (UTC +04:00)

Rayonda ərzaq oğurlayanlar tutuldu

Aprel ayının 12-də Bərdə rayonu ərazisindəki marketdən oğurluq edilməsi
barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Aqil Maqsudov və Adil Abdullayev saxlanılıb. Araşdırmalarla onların ərzaq məhsulları və nəğd pul oğurlamaqla 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Daxil olmuş məlumat əsasında keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs də saxlanılıb. Bərdə rayon sakini Vüsal Novruzovun şəhər ərazisində yeri müəyyən edilərək şübhəli qismində Polis Şöbəsinə gətirilib. Onun üzərində aparılan şəxsi axtarış zamanı güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar