Qonşusunu küçədə öldürən şəxs hakim qarşısına çıxarılır
16 fevral 2021 09:19 (UTC +04:00)

Qonşusunu küçədə öldürən şəxs hakim qarşısına çıxarılır

Bakıda qonşusunu qətlə yetirən Aqşin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabrın 30-da, saat 20 radələrində Suraxanı rayonu ərazisində baş verib. 33 yaşlı Qasımov Kamil Bəhram oğluna çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 33 yaşlı Məmmədov Aqşin Rafael oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Kamil Qasımovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

# 1302
avatar

Mehman Nəbiyev

Oxşar yazılar