"Land Rover"lə arvadını vurub öldürən kişi TUTULDU
25 mart 2022 10:51 (UTC +04:00)

"Land Rover"lə arvadını vurub öldürən kişi TUTULDU

Martın 24-də saat 14 radələrində 37 yaşlı Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri cinayət-prosessual hərəkətlər icra edilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 45 yaşlı Mehman Süleymanov idarə etdiyi "Land Rover Discovery" markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.

Müdafiəçinin iştirakı ilə dindirilən zaman Mehman Süleymanov törətdiyi əməli etiraf edib. 

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6400

Oxşar yazılar

Ata 9 yaşlı qızını boğub   meyitini gölə atdı

Ata 9 yaşlı qızını boğub meyitini gölə atdı

23 iyul 2025 , 16:47
Bakıda quldur dəstəsi  tutuldu

Bakıda quldur dəstəsi tutuldu

23 iyul 2025 , 15:35
Balakəndə kafeyə BASQIN:  qadın sahibkara bıçaq çəkdi

Balakəndə kafeyə BASQIN: qadın sahibkara bıçaq çəkdi

23 iyul 2025 , 13:28
Yemək yeyən arvadını başından vurub öldürdü

Yemək yeyən arvadını başından vurub öldürdü

23 iyul 2025 , 13:10
Azərbaycanda itkin düşən kişinin MEYİTİ TAPILDI

Azərbaycanda itkin düşən kişinin MEYİTİ TAPILDI

23 iyul 2025 , 12:29
Ağsuda kişi qardaşını   bıçaqladı

Ağsuda kişi qardaşını bıçaqladı

23 iyul 2025 , 12:00
Masallıda kişi həmkəndlisini amansızlıqla döydü

Masallıda kişi həmkəndlisini amansızlıqla döydü

23 iyul 2025 , 09:53
Sevgilisini yatdığı yerdə bıçaqlamışdı - HÖKM OXUNDU

Sevgilisini yatdığı yerdə bıçaqlamışdı - HÖKM OXUNDU

22 iyul 2025 , 17:27