Rusiyanın Saratov vilayətində qəsdən sağlamlığa ağır zərər vurma, insan ölümünə səbəb olmaqda təqsirləndirilən Azərbaycan vətəndaşına hökm oxunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaq və məhkəmənin araşdırmasına görə, təqsirləndirilən şəxs 2023-cü il oktyabrın 17-də Orconikidze meydanında yerləşən müəssisələrdən birində qonaqlardan biri ilə münaqişə zəminində onun başına dəfələrlə zərbələr endirib.
Zərərçəkən aldığı xəsarətlərdən oktyabrın 24-də xəstəxanada ölüb.
Məhkəmə azərbaycanlıya cəzasını ciddi rejimli həbsxanada çəkməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Məlumata görə, ölümlə nəticələnən dava Saratovdakı “Gecə” barında baş verib. Həmçinin azərbaycanlının öldürdüyü şəxsin kriminal aləmin üzvü olduğu bildirilir.