Kişi arvadını o qədər döydü ki... -  Azərbaycanda
24 dekabr 2021 09:39 (UTC +04:00)

Kişi arvadını o qədər döydü ki... - Azərbaycanda

Oğuzda arvadını öldürən Vaqif Muştaqovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, bu il sentyabrın 21-də Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində 64 yaşlı Gülgəz Muştaqovanın almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 63 yaşlı Vaqif Muştaqov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Gülgəz Muştaqovanın bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib, nəticədə Gülgəz Muştaqova almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vaqif Muştaqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

# 2754
avatar

Mehman Nəbiyev

Oxşar yazılar