Keçmiş məhkum narkotik satanda tutuldu
10 mart 2021 12:02 (UTC +04:00)

Keçmiş məhkum narkotik satanda tutuldu

Lənkəran sakini narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsi  əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Babayev 1,30 qram heroini satarkən saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 130 qram heroin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Oxşar yazılar