İki qardaşı öldürən   mafioz tutuldu: 17 il sonra
03 fevral 2023 00:05 (UTC +04:00)

İki qardaşı öldürən mafioz tutuldu: 17 il sonra

Fransada 17 il hüquq-mühafizə orqanlarından  gizlənən mafioz həbs edilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 63 yaşlı Edqardo Qreko Sent-Etyen şəhərində həbs edilib. O, 2006-cı ildə 1991-ci ildə Kosensada Stefano və Cüzeppe Bartolomeo qardaşlarının qətlində ittiham olunub. Qrekonun “Ndranqeta qrupunun” üzvü olduğu da bildirilir.

Bu cinayətə görə mafiozun ömürlük həbs cəzasına məhkum edildiyi bildirilir.

Qreko 2014-cü ildən məskunlaşdığı Sent-Etyen şəhərindəki bir restoranda ən azı üç il pizza ustası kimi çalışıb.

# 2733
avatar

Oxşar yazılar