Göyçayda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Bığır kəndinin ərazisində baş verib. Kənd sakini 52 yaşlı Şaiq Salmanov münaqişə zəminində qohumu 64 yaşlı Nazir Salmanova bıçaqla xəsarət yetirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.