Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA
22 oktyabr 2022 12:21 (UTC +04:00)

Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA

Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

# 2574
avatar

Oxşar yazılar