Bir günə 63 kilodan çox narkotik ələ keçirildi
09 fevral 2023 11:20 (UTC +04:00)

Bir günə 63 kilodan çox narkotik ələ keçirildi

Ötən gün külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının fevralın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36 kiloqrama yaxın heroin, 19,4 kiloqramdan artıq marixuana, 9 qram tiryək, həmçinin 8 kiloqramdan çox metamfetamin və 40 ədəd metadon həbi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2108

Oxşar yazılar