Bakıda yaşayış kompleksindən nə qədər naqil oğurladılar?
15 mart 2021 15:00 (UTC +04:00)

Bakıda yaşayış kompleksindən nə qədər naqil oğurladılar?

Bakının Hövsan qəsəbəsindən oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, martın 13-də Hövsan qəsəbəsindəki yaşayış komplekslərindən birinin həyətindən 4275 manat dəyərində 265 metr yüksək gərginlikli elektrik naqili oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri M.Seyidov və S.Nağıyev saxlanılıblar.

# 1443
avatar

Mehman Nəbiyev

Oxşar yazılar