Bakıda FACİƏ:  dostunu yıxıb öldürdü
19 iyul 2024 15:56 (UTC +04:00)

Bakıda FACİƏ: dostunu yıxıb öldürdü

İyulun 17-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 44 yaşlı Emin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı Musa İbadullayevin tanışı Emin Məmmədovu itələməsi nəticəsində sonuncunun yerə yıxılması və aldığı xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Musa İbadullayev iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Oxşar yazılar