Suraxanıda tapılan avtomat
04 aprel 2023 15:57 (UTC +04:00)

Suraxanıda tapılan avtomat

Bakıda evində "Kalaşnikov" gizlədən tutuldu - VİDEO

Bakıda evdən odlu silah tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub. Tədbir zamanı əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb. Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.

# 2058
avatar

Oxşar yazılar