Rusiyanın Trans-Baykal diyarında azərbaycanlı kişi arvadını qətlə yetirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Moqoça şəhərində baş verib. Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, öldürülən 32 yaşlı qadının bədənində bir neçə güllə yarası aşkar olunub.
İstintaq və polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən mərhum qadının keçmiş əri, 31 yaşlı Moqoça şəhər sakini saxlanılıb. Axtarış zamanı şübhəli şəxsdən cinayət törətmək ehtimalı olan silah götürülüb.
Mərhum qadının rəfiqəsi deyib ki, dostu və azərbaycanlı əri əvvəl Xabarovskda yaşayıblar. Qadın 2023-cü ildə ərinin onu aldatdığını öyrənib və valideynləri ilə birlikdə yaşamaq üçün Moqoçaya gedib. Əri isə ora gələrək qadından geri qayıtmasını istəyib. Arvadını və onun ailəsini ölümlə hədələyib.
Məlumata görə, saxlanılan şəxs borclarına görə Azərbaycana gəlmirmiş. İki il əvvəl onların bir qız övladı dünyaya gəlib.
Hazırda araşdırma aparılır.