Pirsaat - Nəvahi mənzilində 14 km yol əsaslı təmir olunur
15 may 2013 09:00 (UTC +04:00)

Pirsaat - Nəvahi mənzilində 14 km yol əsaslı təmir olunur

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 15-30 may tarixlərində dəmir yolunun Pirsaat - Nəvahi mənzilində  14 kilometr yol əsaslı təmir olunacaq.

 

Bu gün artıq səhər saatlarında köhnə yolun xeyli hissəsi sökülüb. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları  həyata keçirir. 

 

Ramiz Mikayıloğlu

# 944
avatar

Oxşar yazılar