Hacıqabul-Muğan dəmir yolunun əsaslı təmirinə başlanılıb - FOTO
17 iyun 2013 10:36 (UTC +04:00)

Hacıqabul-Muğan dəmir yolunun əsaslı təmirinə başlanılıb - FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı icra olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

Bu gün dəmir yolunun Hacıqabul – Muğan mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini həyata keçirən “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov təmir işləri bir həftə davam edəcəyini bildirib.

Qeyd edək ki, əsaslı təmir işlərinə  10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib,  bu günə kimi 241,5 km yol əsaslı təmir olunub. Paralel olaraq əsaslı təmir olunmuş mənzillərdə uzunölçülü relslərlə əvəzlənmə prosesi gedir və indiyə kimi 175 km yolda əvəzlənmə işləri başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635
avatar

Oxşar yazılar