ARDNŞ  DEPA şirkətinin özəlləşdirilməsi ilə bağlı Yunanıstanla danışıqlara başladı
15 iyun 2013 14:14 (UTC +04:00)

ARDNŞ DEPA şirkətinin özəlləşdirilməsi ilə bağlı Yunanıstanla danışıqlara başladı

 İsveçrənin Cenevrə şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstan hökuməti arasında Yunanıstanın DEPA qaz şirkətinin özəlləşdirilməsinə dair danışıqlara başlanıb.


 

«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Yunanıstanın böyük qaz şirkətini almağın astanasındadır: “Artıq məsələlər həll olunub, tender paketləri açılıb və biz artıq detalları dəqiqləşdirmək üçün Yunanıstan hökuməti ilə danışıqlara başlamışıq. Bu gün Cenevrədə bizim mütəxəssislər danışıqlara başlayıb».

R.Abdullayev qeyd edib ki, DEPA-nın özəlləşdirilməsi nəticəsində Azərbaycan Avropanın inkişaf etmiş ölkələrindən birinin qaz distribüsiya bazarına nəzarət edəcək və öz qazını Yunanıstan bazarına çıxarmaq imkanı qazanacaq: «Azərbaycan artıq qaz ixracatçısı kimi tanınır. DEPA-nın özəllişdirilməsi nəticəsində Yunanıstan bazarında qazın bazarlanması artıq bizim əlimizdə olacaq».

ARDNŞ prezidenti özəlləşdirmə ilə bağlı təkrar tenderin keçirilib-keçirilməyəcəyi ilə bağlı dəqiq məlumatının olmadığını bildirib: «Bununla bağlı danışıqlar aparılacaq».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914

Oxşar yazılar