(R) Sığorta agentləri üçün şəxsi mobil marketinq imkanı
29 aprel 2013 10:41 (UTC +04:00)

(R) Sığorta agentləri üçün şəxsi mobil marketinq imkanı

Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXAMBASK agentlərə investisiya yatırmağa davam edir.

 

Sığorta şirkətlərinin və sığorta agentlərinin fəaliyyətində hər müştəriylə fərdi yanaşmanın müstəsna əhəmiyyət kəsb etdiyini unutmayan AXA MBASK şirkəti yeni AXA Messenger adlı xidməti öz agentlərinə təqdim edir.

 

AXA Messenger AXA MBASK mütəxəssisləri tərəfindən, şirkətin ümumi sığortaçılıq proqramı olan Phoenix sistemi əsasında hazırlanmış bir rəqəmsal kampaniya idarəsi (Digital Campaign Managment) moduludur. Bu modul vasitəsilə agent öz adından (şirkətdən müstəqil olaraq),  öz müştərilərinə həm fərdi, həm də toplu şəkildə Email və ya SMS-bildirişləri vasitəsi ilə marketinq xəbərləri yaya bilər.

 

AXA Messenger agentlərin qeydiyyat bazası ilə online rejimdə işlədiyi üçün, Email ve SMS-bildirişləri, müştəriyə mühüm hadisələr haqqında vaxtında xəbər çatdırmaq imkanı yaradacaq. Belə ki, agentlər bu yolla sığorta ödənişin vaxtı, sığorta müqaviləsinin başa çatması və yaxud uzadılması gününün yaxınlaşdığı barədə xatırlatmalar və bunun kimi başqa xəbərləri öz vaxtlarına uyğun çatdırıla bilərlər.

 

Bununla yanaşı, agent SMS-bildirişlər vasitəsilə özü tərəfindən xüsusi təklif, aksiya, yeni xidmətlər bildirə, yaxud sığorta şirkətinin fəaliyyətinə dair müştəri üçün əhəmiyyətli olan başqa məlumatları ötürə bilər. Təbii ki, sms bildirişləri həmçinin müştərini bayram və ya şəxsi əlamətdar günləri münasibətilə təbrik etmək üçün də göndərilə bilər.

 

Bu hadisəni şərh edən AXA MBASK İdarə Heyəti Sədrinin Birinci Müavini Selçuk Adıgüzel qeyd edib ki, “AXA Messenger agentlərimizə öz bizneslərini daha asan və çevik idarə etməkdə yardımçı olar və bu, şübhəsiz, onların məhsuldarlığına, səmərəli fəaliyyətinə töhfə olacaq”.

 

- Agent Şəbəkəsi İdarəsinin əsas vəzifəsi Şirkətin bütün resurslarının və iş görmə metodlarının  agentlərin ehtiyaclarına uyğun formalaşdırılmasıdır. Məqsəd odur ki, agentlərimiz daxili əməliyyatlarına sərf etdikləri vaxtı azaldıb, daha çox satış edərək, daha çox gəlir imkanı eldə etsinlər. Biz daim xidmət səviyyəsini yüksəltməyə çalışaraq ən müasir informasiya texnologiyaları tətbiq edirik. Bu layihələr agentlərimizin müştəri ilə təmaslarını və xidmətlərin keyfiyyətini artıraraq, satış potensialını qaldırır. Təcrübədən də gördüyümüz kimi, çox səmərəli olur, - deyə Selçuk Adıgüzel əlavə edib.

 

Sığorta xidmətlərini daim təkmilləşdirməyi qarşıya məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Qısa müddət ərzində şirkətin həm paytaxtda, həm də bölgələrdə yaratdığı çoxşaxəli agent şəbəkəsi bu gün 80-dən artıq agentliklə ölkədə ən böyüyüdür. Bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.

 

# 699
avatar

Oxşar yazılar