Terror nəticəsində “Crocus City Hall”a  dəyən zərərin məbləği   AÇIQLANDI
23 mart 2024 18:59 (UTC +04:00)

Terror nəticəsində “Crocus City Hall”a dəyən zərərin məbləği AÇIQLANDI

Terror aktı nəticəsində Crocus City Hall-a dəyən zərərin məbləği 11,4 milyard rubla (123 milyon dollardan çox) çata bilər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, təxmini məbləği Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Marat Manasyan açıqlayıb.

İlkin hesablamalara görə, Minasyan deyib ki, terror aktı zamanı “Krokus”a dəymiş ziyan hər kvadratmetr üçün 250-300 min rubl (2700-3200 dollardan çox) təşkil edir, Konsert zalının sahəsi 38 min kvadratmetrdir. Beləliklə, zərər 9,5-11,4 milyard rubla (102-123 milyon dollara) çata bilər.

Manasyan “Krokus”un mükəmməl təchiz olunduğunu və Moskvanın ən yaxşı konsert məkanlarından biri olduğunu vurğulayıb. 

Ekspertin proqnozlarına görə, bərpa ən azı on ay çəkəcək. 

Qeyd edək ki, Moskvada terror baş verən "Crocus City Hall" ticarət mərkəzi Azərbaycan əsilli iş adamı Araz Ağalarova məxsusdur.

Konsert zalını 25 oktyabr 2009-cu ildə sahibkar Araz Ağalarov açıb və müğənni Müslüm Maqomayevin adını daşıyır.

 

# 4464
avatar

Oxşar yazılar