Rəqəmsal avro dövriyyəyə girir – ŞOK SƏBƏB
12 iyul 2022 10:01 (UTC +04:00)

Rəqəmsal avro dövriyyəyə girir – ŞOK SƏBƏB

0

Avropa İttifaqı nağd pulu “tamamlamaq” üçün nəzərdə tutulacaq rəqəmsal avro hazırlamağı planlaşdırır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) iqtisadiyyat üzrə üzvü Paolo Qentiloni deyib.

"Rəqəmsal avroya gəlincə, onu da vurğulayım ki, biz hamımız onun nağd pulu əvəz etməməli, əksinə tamamlamalı olduğuna razıyıq", - Qentiloni “Eurogroup”un iclasından sonra deyib.

Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin iqtisadiyyat və maliyyə nazirləri görüşdə "maliyyə vasitəçiliyi və sabitliyə mənfi təsirlərin qarşısını almaq" üçün rəqəmsal avronun inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkiblər.

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard əvvəllər kriptovalyutaların heç bir vasitə tərəfindən dəstəklənmədiyi üçün onları tənzimləmək zərurətindən danışıb. O, əlavə edib ki, rəqəmsal avro kriptovalyuta üçün layiqli əvəz ola bilər və ECB onu növbəti dörd il ərzində işə sala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1577

Oxşar yazılar