Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərini, eləcə də onların müəllimlərini əhatə edən “My Technology” müsabiqəsinə start verilmişdi.
Məktəblilər arasında sahibkarlıq düşüncəsinə malik olan şagirdləri müəyyənləşdirməyi hədəfləyən müsabiqəyə ümumilikdə 140 layihə ilə müraciət edilib. Onlardan perspektivli 30 layihə final mərhələsi hesab edilən sərgidə iştirak etmək şansı qazanıb. Komandalar öz ideyalarını münsiflər heyətinə təqdim etməklə qalib adı uğrunda mübarizə aparıblar. Münsiflər heyəti tərəfindən qiymətləndirilən startap layihələr arasından ən yaxşı 5 layihə qalib seçilib.
Naxçıvan Muxtar Respublikasını təmsil edən “GreenExchange” komandası 5-ci, Quba-Xaçmaz regionundan olan “Trinity Panel” komandası 4-cü, Abşeron-Xızı regionundan müsabiqəyə qatılan “SpecDeaf” komandası 3-cü, “CO2toD Project” komandası isə 2-ci yerə layiq görülüb. Müsabiqənin qalibi adını Quba-Xaçmaz regionunu təmsil edən “The Right Way” komandası qazanıb.
Qalib gələn komandalar Kapital Bank və BMU tərəfindən sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
10 və 11-ci sinif şagirdlərinin, həmçinin onlara mentorluq edən müəllimlərin iştirak etdiyi müsabiqə innovasiya ekosisteminin formalaşması və inkişafına töhfə vermək məqsədilə həyata keçirilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb
Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16