Dünyanın ən varlı adamlarından biri pulları ilə nə edəcəyini bilmir
23 fevral 2024 18:48 (UTC +04:00)

Dünyanın ən varlı adamlarından biri pulları ilə nə edəcəyini bilmir

85 yaşlı neft maqnatı Autry Stivens özünün “Endeavour Energy Resources” şirkətini “Diamondback Energy”yə satıb.

Lent.az “Bloomberg” istinadən xəbər verir ki, 26 milyard dollarlıq müqavilə Stivensi Amerikanın ən zəngin neft maqnatı edəcək.

Ancaq Stevens, 1979-cu ildə qurduğu şirkətdən ayrılmaq istəmirdi və “The Wall Street Journal”a verdiyi açıqlamada, bu qərarı əsasən xərçəngə görə verdiyini söyləyib.

"Mən insanlar üçün darıxacağam. Bu kiçik bir ailə idi”, - Autry bildirib. 

Stivens uzun müddətdir ki, Qərbi Texasdakı son müstəqil böyük neft şirkətlərindən biri olan “Endeavour”u almaq cəhdlərinə qarşı çıxıb. Amma ona prostat xərçəngi diaqnozu qoyulanda hər şey dəyişib.

O, şirkətini oğluna və ailə biznesinin bir hissəsi olmayan qızı Lyndal Grezə təhvil verməmək qərarına gəldiyini söyləyib.

Stivens təvazökar üslubu ilə məşhurdur. Bildirilir ki, o, köhnə “Toyota Land Cruiser”də işləyib və büdcəli “Southwest Airlines” aviaşirkəti ilə uçuşlar edib. 

Böyük sərvətinə və şöhrətinə baxmayaraq, onun karyera trayektoriyası "sabit maaş və rahat pensiyaya sahib olmaq" olub. 

Stivens uğurunu yeni ideyalara və texnologiyalara açıq olması və bir çox digər ABŞ operatorları iflas edərkən 2008-ci il maliyyə böhranından sağ çıxmağa kömək edən pula əsaslanan qazma strategiyası ilə əlaqələndirilir.

Hamıya məlumdur ki, neft sənayesinin tarixi dəfələrlə sərvət qazanan və itirən insanların hekayələri ilə doludur.

Buna görə də Stivensə bu milyardlarla nə edəcəyini soruşduqda, o, bu barədə hələ düşünmədiyini deyib.

“Endeavour”un satışı həyata keçdikdən sonra Stivens ən varlı insanlar sırasında 130-cu yerdən 77-ci yerə yüksəlib. Keçən ildən bəri onun sərvəti 17,5 milyard dollar artaraq “Nvidia”dan Jensen Huang və “Meta”dan Mark Zuckerberqi geridə qoyub.


 

# 4431
avatar

Sevinc Fərid

Oxşar yazılar