Dollar ticarətdən çıxarılır - Bank sədri açıqladı
09 iyul 2022 19:27 (UTC +04:00)

Dollar ticarətdən çıxarılır - Bank sədri açıqladı

1

İran və Rusiya ABŞ dollarını ticarətdən çıxarmağı planlaşdırır.

Lent.az xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Əli Saleh Abadi bildirib.

Rəsmi Tehran və Moskva arasında bank, maliyyə və iqtisadiyyat sahələrində bəzi mühüm razılaşmalar əldə edilib. İki ölkə ticarətdə ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırır. Biz tezliklə əldə olunmuş razılaşmaların həyata keçirilməsini gözləyirik" , - İran Mərkəzi Bankının sədri vurğulayıb.

Sədr Moskvaya səfəri zamanı Rusiya ilə ticarət əlaqələrini asanlaşdırmaq üçün əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyini və müsbət nəticələrin hər iki ölkədə hiss olunacağını bildirib.

Əlavə edək ki, İran 2018-ci ildən bəri ABŞ-ın birtərəfli sanksiyalarına məruz qalıb. Rusiya isə bu ilin fevral ayında Ukraynaya qarşı müharibədən sonra beynəlxalq sanksiyaların hədəfi olub. (margin.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 7965

Oxşar yazılar