DİQQƏT!  - Sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
10 iyul 2022 17:41 (UTC +04:00)

DİQQƏT! - Sabah Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

1

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət  hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1887

Oxşar yazılar