Bu rayonun böyük hissəsi qazsız qalacaq
17 may 2022 09:12 (UTC +04:00)

Bu rayonun böyük hissəsi qazsız qalacaq

Şəkidə 1 qəsəbə və 30 kəndin qaz təchizatı dayanır.

"Azəriqaz"-dan Lent.az-a verilən xəbərə görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədardır. Buna görə də, mayın 17-i saat 10:00-dan işlər başa çatanadək “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 1137
avatar

Oxşar yazılar